Bazar ertəsi, 29 Aprel

"Kim milyoner olmak ister"ə damğa vuran OLAY - Tələbə qız sadə riyazi sualı bilmədi - VİDEO

image

Türkiyənin reytinqli layihələrindən olan "Kim milyoner olmak ister" yarışmasına qatılan 24 yaşlı Sena Erol adlı iştirakçı hər kəsi təəccübləndirib.

Xəbər verilir ki, İstanbul Universiteti İşlətmə fakültəsinin sonuncu kurs tələbəsi olan gəncin sadə riyazi suala cavabı sosial mediada ən çox izlənən videolardan biri olub.

Gənc qız 3-cü sualdan sonra yarışmadan kənarlaşıb.

Kim milyonçu olmaq istəyir yarışmasına qatılan gənc qadın riyaziyyat sualına verdiyi cavabla sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Hər həftə yeni yarışmacılar və yeni suallarla ekrana gələn Kim Milyoner Olmaq İster filmində həyəcanına yenilən Sena Erol cavabını dəyişmək istəsə də, gecikib. Sadə riyazi məsələyə düzgün cavab verə bilməyən Sena Erol üçüncü sualda kənarlaşdırılıb.
Müsabiqənin iştirakçısı Sena Erola "Rəqəmləri bir-birindən fərqli olan ən kiçik üçrəqəmli tək ədəd hansıdır” sualı verilib. Erol seçimlər arasında qərarsız qalıb. O, bir qədər düşündükdən sonra C variantını seçib.

C variantını seçərək “102” cavabını verən Erol müsabiqədən kənarlaşdırılıb. Düzgün variant açılmadan cavabını dəyişmək istəyən Erol “son qərarım” dediyi üçün dəyişmək mümkün olmayıb. Gənc yarışmaçı 5 min lirə alaraq yarışma ilə vidalaşıb.

Qeyd edək ki, 24 yaşlı Sena Erol ailəsi ilə birlikdə İstanbulda yaşayır. İstanbul Universiteti İşlətmə Fakültəsinin sonuncu kurs tələbəsi olan Sena Erol özəl şirkətlərdən birinin hüquq şöbəsində təcrübəçi işləyir.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39